Argentina millisinin sabiq hücumçusu Ernan Krespo ölkənin “Defensa-Xustiya” komandasının baş məşqçisi təyin olunub.
Bu barədə klubun rəsmi “Twitter” səhifəsində məlumat yayılıb. Müqavilənin şərtləri haqda isə heç nə açıqlanmayıb. Krespo “River Pleyt”in yetirməsidir. O, karyerası boyunca “Parma”, “Latsio”, “İnter”, “Çelsi”, “Milan” və “Cenoa”da çıxış edib, 17 titul qazanıb. Məşqçi kimi İtaliyanın “Modena” klubunda fəaliyyətə başlayan Krespo bir müddət də Argentinanın “Banfild” klubunun baş məşqçisi olub.
“Defensa-Xustiya”ya gəlincə, Ernanın yeni komandası ölkə çempionatında 16 turdan sonra 16-cı pillədə qərarlaşıb.